Azərbaycan banklarının xarici borcu artır

Azərbaycan banklarının xarici borcu artır

Azərbaycan banklarının xarici borcu artır. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvarın sonunda xarici öhdəliklərin həcmi 1,815 milyard manata yüksəlib. Bu məbləğ dekabrda qeydə alınan məbləğdən 53 milyon manat, ötən ilin yanvarındakı məbləğdən isə 749 milyon manat çoxdur. 


Ümumilikdə, 2021-ci ilin dekabrından bankların xarici öhdəlikləri artır. Artımlara baxmayaraq qeyd edək ki, xarici borcun indiki həcmi devalvasiyadan sonra yaranan borc həcmindən xeyli azdır. 2015-ci ilin sonunda bankların xarici borcu 8,247 milyard manat idi. 2021-ci ilin son aylarına qədər xarici borc azalaraq 1,023 milyard manata düşmüşdü.


Son bir ildə xarici öhdəliklərin kəskin artmasına səbəb xarici banklardan cəlb edilən qısamüddətli depozitlərin həcmindəki artımdır.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...