Ötən il bu 3 rayonda yeni iş yeri açılmayıb - Adlar

Ötən il bu 3 rayonda yeni iş yeri açılmayıb - Adlar

Azərbaycanda ötən il yeni açılan iş yerlərinin böyük hissəsi Bakıda açılıb.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il Azərbaycanda 71 280 yeni iş yeri açılıb. 2021-ci ilə nisbətən yeni açılan iş yerlərinin sayı 2 289 vahid artıb.

 

Yeni açılmış iş yerlərinin 80,2 faizi, yəni 57 170-i Bakı şəhərində yaradılıb.

 

İş yerlərinin daha çox hissəsinin Bakıda açılması paytaxtda açılan yeni müssisə və təşkilatların sayının regionlarla müqayisədə xeyli çox olması ilə bağlıdır.

 

Ötən il 16 254 müəssisə və təşkilat yaradılıb. Bu qədər müəssisə və təşkilatın 13 633 ədədi, yəni 84 faizi Bakıda təsis edilib.

 

Bakıda yaradılan iş yerlərinin əsas hissəsi Nərimanov rayonunun payına düşüb. Nərimanovda 12 482 iş yeri açılıb. Səbail rayonunda 8 303, Nəsimi rayonunda 7 578 iş yeri yaradılıb.

 

Bakıdan kənarda daha çox iş yeri isə Abşeron rayonunda (1 928 vahid), Gəncə şəhərində (1 780 vahid) və Sumqayıt şəhərində (1 278 vahid) açılıb.

 

Ən az iş yeri Babək (1), Kəngərli (1), Ordubad (1), Lerik rayonunda (2), Ucar rayonunda (5), Şərur rayonunda (6) yaradılıb.

 

Naxçıvan Muxtar Respublikasının Culfa, Sədərək və Şahbuz rayonlarında isə iş yeri açılmayıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR