Bakı Dövlət Universiteti yataqxananın təmirinə 11 milyon manat xərcləyəcək

Bakı Dövlət Universiteti yataqxananın təmirinə 11 milyon manat xərcləyəcək

Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı Tədris binasının əsaslı təmir işlərini aparacaq şirkətin adı məlum olub.

 

Sfera.az  dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, təmir işlərini həyata keçirəcək şirkət "VEST-LTD" Qapalı Səhmdar Cəmiyyətidir.

 

Artıq “Bakı Dövlət Universiteteti” Publik Hüquqi Şəxslə adıçəkilən şirkət arasında müqavilə də bağlanıb. Müqaviləyə əsasən tədris binasının əsaslı təmiri üçün "VEST-LTD" şirkətinə 10 milyon 950 min 396 manat ödəniləcək.

 

Xatırladaq ki, yataqxananın təmiri ilə bağlı müsabiqə 2022-ci ilin noyabrında elan edilmişdi.

 

Vasif


OXŞAR XƏBƏRLƏR