Azərbaycanın əsas meyvə və tərəvəzçilik rayonları hansılardır?

Azərbaycanın əsas meyvə və tərəvəzçilik rayonları hansılardır?

Azərbaycanın kənd təsərrüfatı malları ixracında meyvə və tərəvəzin payı olduqca yüksəkdir. Ötən il 886 milyon dollarlıq kənd təsərrüfatı malları ixracının 668 milyon dolları, yəni 75 faizi meyvə və tərəvəzin payına düşüb. Miqdar ifadəsində də ixracda meyvə və tərəvəzin payı çoxdur. Ötən il 748 min tondan çox kənd təsərrüfatı malı satılıb ki, bunun da 644 min tonu meyvə və tərəvəzdən ibarət olub. 


Sfera.az xəbər verir ki, ixracda meyvə və tərəvəzin payının çox olması onun istehsal miqdarının çox olması ilə bağlıdır. Bu 2 mal qrupu üzrə Azərbaycan özünü 100 faizdən çox təmin etdiyindən ixracın miqdarı da çox böyük olur. 


Bəs ölkəmizdə hansı rayonların meyvə və tərəvəz istehsalında payı böyükdür?


Ölkəmizdə elə bir rayon və şəhər yoxdur ku, orada meyvə və tərəvəz istehsal edilməsin. Bununla belə bəzi rayon və şəhərlərdə istehsal göstəriciləri digərlərindən kəskin fərqlənir. 


Ötən il ölkəmizdə 1,823 milyon ton tərəvəz istehsal olunub. Bu qədər tərəvəzin 302 min tonu (16,5 faizi) Şəmkir rayonunda istehsal edilib. Başqa sözlə şəmkir ölkəmizin əsas tərəvəzçilik rayonudur. Yüksək istehsal göstəricisinə sahib olan rayon və şəhərlər arasında Abşeron rayonu (135 min ton), Bərdə rayonu (132 min ton), Bakı (126 min ton) və Xaçmaz rayonu (104 min ton) da var. 


Ən az tərəvəz Naftalan (54 ton) və Mingəçevir şəhərlərində (60 ton) istehsal olunub.


Meyvə istehsalının miqdarı isə ötən il 1,253 milyon ton təşkil edib. Bu məhsulların istehsalında lider rayon Quba və Xaçmazdır. Qubada 146 min ton, Xaçmazda 116 min ton meyvə istehsal edilib. 


Göyçay rayonunda 88,3 min ton, Şəmkirdə 85,4 min ton, Astarada isə 62 min ton meyvə istehsal olunub.


Vasif


OXŞAR XƏBƏRLƏR