Türkiyə ənənəvi yola qayıtmasa, dollar 36 lirəyə yüksələcək – PROQNOZ
Türkiyə pul-kredit siyasətində ənənəvi metoda qayıtmasa, dolların lirəyə nəzərən məzənnəsi 36 səviyyəsinə, ənənəvi metoda qayıdarsa, 20 səviyyəsinə yüksələcək.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu proqnozu “Standard Chartered” iqtisadçıları açıqlayıb.
Qeyd edək ki, ənənəvi metoda əsasən, ölkədə yüksək inflyasiya olduqda faiz dərəcələri artırılır, inflyasiya aşağı düşdükdə isə faizlər azaldılır. Türkiyədə yüksək inflyasiyanın olmasına baxmayaraq, faizlər artırılmır, əksinə bir qədər də azaldılıb. Bu siyasət dolların lirəyə nəzərən bahalaşmasını dəstəkləyib.
“Standard Chartered” hesab edir ki, pul-kredit siyasətinin müəyyənləşdirilməsində mayın 14-də gözlənilən prezident və parlament seçkilərinin nəticələri önəmli rol oynayacaq. Əgər müxalifət qalib gələrsə, faizlər artırılacaq, iqtidar dəyişməsə faiz siyasəti mövcud qaydada davam etdiriləcək.
Vasif






