Azərbaycan neft və qaz ixracını kəskin azaldı

Azərbaycan neft və qaz ixracını kəskin azaldı

Azərbaycan yanvarda neft və qaz satışının xeyli azaldıb. 


Sfera.az xatırladır ki, ötən ilin yanvarında 3,5 milyon ton neft satılıb və ixracdan gələn gəlir 2,03 milyard dollar olub. 


Amma bu ilin yanvarında neft ixracının miqdarı 2,246 milyon tona qədər azalıb, ixracdan gəlirimiz isə 1,4 milyard dollar olub. 


İxracın miqdarındakı azalma ilə müqayisədə gəlirdəki azalma böyük olmayıb. Bunun səbəbi cari ildə ixrac edilən neftin dəyərinin bir qədər yüksəlməsidir. Belə ki, ötən ilin yanvarında neftin bir tonu orta hesabla 580 dollara satıldığı halda, bu il satış qiyməti 623 dollara yüksəlib. 


Neftlə bərabər qaz ixracında da nəzərəçarpacaq azalma var. Yanvarda təbii qaz ixracının miqdarı 255,6 milyon kubmetrə düşüb ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 1,357 milyard kubmetr azdır.


İxrac miqdarının həcminin azalması səbəbindən təbii qaz satışından gəlirimiz də azalıb. Təbii qaz satışından gəlir 663 milyon dollar azalaraq 140 milyon dollara enib.
Arayış üçün bidirək ki, neft və qaz ixracına dair məlumatlar açıqlanan zaman rəsmiləşdirilməsi başa çatdırılan ixrac göstəriciləri nəzərə alınır. Böyük ehtimalla Azərbaycanın yanvarda həm neft, həm də qaz ixracının miqdarı məlumatlarda göstərilənlərdən daha çox olub. İxracdakı digər hissəyə dair rəqəmlər növbəti aylarda açıqlanacaq məlumatlarda öz əksini tapacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR