Ötən ay Azərbaycana idxal kəskin ARTIB – RƏQƏMLƏR

Ötən ay Azərbaycana idxal kəskin ARTIB – RƏQƏMLƏR

2023-cü ildə Azərbaycana idxalda kəskin artım qeydə alınıb. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvarda idxalın dəyəri 1,413 milyard dollara yüksəlib.


Bu məbləğ ötən ilin yanvarında qeydə alınan idxaldan 435 milyon dollar və ya 44,5 faiz artıb. 


İdxalın kəskin artması hesabına dövlət büdcəsinə ödənişlər də xeyli yüksəlib. Ötən ilin yanvarında gömrükdən 404 milyon manat toplandığı halda bu ilin yanvarında 507 milyon manat toplanıb. 


İdxaldakı artımın önəmli hissəsi dövlət sektoru ilə bağlıdır. Dövlət sektoru idxalın həcmini 195 milyon dollardan 476 milyon dollara çatdırıb. 


Özəl sektorda idxalda artım 690 milyon dollardan 807 milyon dollara qədər olub. 


Fiziki şəxslərin idxalı isə 88 milyon dollardan 130 milyon dollara yüksəlib. 


İdxalda ən çox artım yanacaqda (166,6 milyon dollar artaraq 197,6 milyon dollara çatıb), nəqliyyat vasitələri və onların hissəslərində (139 milyon dollar artaraq 326 milyon dollara çatıb), avtomobillər və onların ehtiyat hissələrində (51 milyon dollar artaraq 136 milyon dollara çatıb) müşahidə edilib. 


Vasif


OXŞAR XƏBƏRLƏR