Logo

Türkiyədəki zəlzələnin iqtisadi TƏSİRLƏRİ: “Qiymətlərdə enmələr olmasa..” 

Türkiyədəki zəlzələnin iqtisadi TƏSİRLƏRİ: “Qiymətlərdə enmələr olmasa..”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Türkiyədəki zəlzələ Azərbaycanla iqtisadi əlaqələrə neqativ təsir göstərməyəcək”.

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır:

“2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə isə bu rəqəm 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin ilk 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub. Türkiyə eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. 3 milyard dollarlıq enerjidən kənar ixracatımızın təxminən üçdə biri Türkiyənin payına düşür”.

Deputat bildirib ki, son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınıb:

“Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları da əsas paya malikdir. Xüsusən də, qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır. 2023-cü ildə ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa, Azərbaycan Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR