2023-cü ilin ilk ayında ÜDM istehsalı azalıb

2023-cü ilin ilk ayında ÜDM istehsalı azalıb

2023-cü ilin ilk ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalında azalma qeydə alınıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda 9,69 milyard manatlıq ÜDM istehsal edilib.

 

İstehsalın həcmi real qiymətlərlə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalıb. 


ÜDM istehsalının azalması neft-qaz sektoru ilə bağlı olub. Neft-qaz sektorunda istehsal 4,6 faiz azalıb. Qeyri neft-qaz sektorunda isə istehsal 1,7 faiz artıb. 


Xatırladaq ki, ötən ildə də neft-qaz sektorunda istehsalın azalması müşahidə edilsə də, ÜDM istehsalı artmışdı. Bunun səbəbi qeyri neft-qaz sektorunda artım sürətinin böyük olması idi. Qeyri neft-qaz sektorunda ötən il qeydə alınan yüksək artım digər sahədəki azalmanı tam kompensasiya edə bilmişdi. Bu ilin yanvarında isə qeyri neft-qaz sektorunda artım sürəti xeyli zəiflədiyindən ÜDM istehsalı azalıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR