Logo

"Ceyhan limanından neft ixracının nə zaman başlanacağı bilinmir" - BP 

"Ceyhan limanından neft ixracının nə zaman başlanacağı bilinmir" - BP
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BP şirkəti Ceyhan limanından Azərbaycan neftinin ixracına hələ başlamayıb. Şirkət ixracın nə zaman başlanacağının bəlli olmadığını bildirib.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” BP-dəki mənbəyə istinadən yayıb.

Qeyd edək ki, bu həftənin birinci günü Türkiyənin 10 vilayətində, o cümlədən Ceyhan limanının yerləşdiyi Adana bölgəsində baş verən zəlzələlərdən sonra gündə təxminən 1 milyon barel neftin ötürüldüyü limandakı bütün xətlər təhlükəsizlik yoxlamaları səbəbilə bağlanıb. Azərbaycan nefti əsasən, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhana nəql olunur. “Bloomberg”in məlumatına görə, keçən ay boru kəməri ilə gündə təxminən 615 min barel neft ixrac edilib.

Ayrı bir boru kəməri ilə limana çatan İraq neftinin ixracı isə həftənin ikinci günü başlayıb. İraq Ceyhana gündə təxminən 450 min barel neft göndərir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR