Logo

İskəndər Xəlilov vəzifəsindən getdi

İskəndər Xəlilov vəzifəsindən getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

5 oktyabr 2016-cı il tarixində "Nikoil Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.

Sfera.az xəbər verir ki, Bankdan APA-a verilən məlumata görə, səhmdarlar Marina Kulişovanın Müşahidə Şurasının sədri təyin edilməsi barədə qərar qəbul ediblər. O, bankın  transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

Eyni zamanda İvan Romanovskiy Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib.

Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İ. Xəlilov  bankın səhmdarlarından biri olaraq qalır.

Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Sədr:

Kulişova Marina Valeryevna

Üzvlər:

•        Romanovskiy İvan Vladimiroviç

•        Sazonov Aleksey Valeryeviç

•        Suxoruçkin Pavel Aleksandroviç

•        Novikov Roman Vitalyeviç

Səhmdarlar, Müşahidə Şurası və menecment bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə İsgəndər Xəlilova minnətdarlığını bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR