Rusiya ABŞ-a gözləmədiyi şoku yaşadır – “Dollara alternativ valyuta...”

Rusiya ABŞ-a gözləmədiyi şoku yaşadır – “Dollara alternativ valyuta...”

Rusiya ABŞ-a xoşagəlməz sürpriz edib.

 

Sfera.az bildirir ki, bu barədə Çinin “Sohu” internet platformasında material dərc olunub. Qeyd olunub ki, Moskva bütün dünyaya de-dollarizasiyanın uğurlu ola biləcəyini nümayiş etdirib.

 

“Bu yaxınlarda Argentina və Braziliya regional ticarəti stimullaşdırmağa və dollardan asılılığı azaltmağa kömək edəcək vahid valyuta yaratmaq niyyətlərini açıqladılar. Gələcəkdə digər Latın Amerikası ölkələrinin də layihəyə qoşulması planlaşdırılır. Yeni valyuta yəqin ki, sur (cənub) adlanacaq”, deyə yazıda bildirilib.

 

“Sohu” müəlliflərinin fikrincə, bu planın həyata keçirilməsi Latın Amerikası və Karib hövzəsi icmalarının iqtisadi və maliyyə gücünün irəliyə doğru böyük addım atmasına imkan verəcək.

 

Çinli ekspertlər hesab edirlər ki, Argentina və Braziliyanın qərarı qlobal de-dollarizasiya dalğasının bir hissəsidir və bu, dünyanın müxtəlif regionlarının ABŞ dollarının hegemonluğuna müqavimət göstərməyə ümumi meylini əks etdirir:

 

“Bütün dünyaya nümunə olan bu işə isə ilk olaraq Rusiya başladı. Bu gün Rusiya bir çox ölkələrlə hesablaşmaları istər milli valyutada, istərsə də yuanla aparır. Onun de-dollarizasiyanın fəal təşviqi əhəmiyyətli nəticələr əldə etdi. Artıq qlobal de-dollarizasiyanın ümumi tendensiyası sürətlənir: Yaxın Şərqdən Cənubi Asiyaya, Latın Amerikasına qədər ölkələr bu məsələdə irəliləyiş əldə etmək üçün çox çalışırlar. Bütün bunlar isə ABŞ üçün böyük sürpriz oldu. Çünki Vaşinqton dolların üstünlüyünü danılmaz hesab edirdi və demək olar ki, bütün dünyanın Rusiyadan nümunə götürəcəyini gözləmirdi”.

 

Xatırladaq ki, Anqolada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun sonunda assosiasiyanın zirvə toplantısında BRİKS valyutasının yaradılması mövzusunun müzakirə olunacağını bildirib.

 

“Özünə hörmət edən ölkələr hazırkı beynəlxalq valyuta-maliyyə sisteminin sahiblərinin razılığa gəlmək qabiliyyətinin olmadığını görürlər. Kənar diktələrdən qorunacaq davamlı inkişafı təmin etmək üçün öz mexanizmlərini yaratmaq istəyirlər”, - Rusiya XİN rəhbəri vurğulayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR