Logo

SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə etdi - FOTO

SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.

Sfera.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, bununla bağlı müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin İFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh ilə keçirilən görüşdə aparılıb.

Görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Həmçinin SOCAR ilə IFC arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR