Logo

Azərbaycan və Pakistanın biznes dairələrinin birgə təşəbbüsləri dəstəklənəcək

Azərbaycan və Pakistanın biznes dairələrinin birgə təşəbbüsləri dəstəklənəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Pakistanın biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üzrə birgə təşəbbüslər dəstəklənəcək.

Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilir ki, Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri KOBİA-da olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və səfir Bilal Haye arasında keçirilmiş görüşdə Azərbaycan və Pakistanın biznes dairələri arasında sahibkarların qarşılıqlı işgüzar missiyaları və sərgilər çərçivəsində bir araya gətirilməsinə dair fikir mübadiləsi aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR