Azərbaycanda ən yüksək qiymət artımı olan rayonlar – SİYAHI

Azərbaycanda ən yüksək qiymət artımı olan rayonlar – SİYAHI

Azərbaycanın bəzi rayon və şəhərlərində bahalaşma sürəti ümumi inflyasiyadan daha yüksək olub. 


Sfera.az xəbər verir ki, 2022-ci ildə ən böyük bahalaşma Qax və Masallı rayonlarında qeydə alınıb. 


Qax rayonunda qiymətlər 24 faiz, Masallı rayonunda isə 23,1 faiz artıb. 


Qaxda qiymətlərin kəskin artmasına ərzaq və pullu xidmətlərdəki qiymət dəyişikliyi səbəb olub. Rayonda ərzaq qiymətləri 29 faizə yaxın, pullu xidmətlər 21,5 faiz artıb. 


Masallıda da bahalaşmanın əsas səbəbi ərzaq və pullu xidmətlərdəki qiymət dəyişikliyi olub. Bu rayonda ərzaqlar 24,2 faiz, pullu xidmətlər 25,6 faiz yüksəlib. 


Bahalaşmanın böyük olduğu digər yaşayış məntəqələri arasında Xaçmaz rayonu (19,6 faiz), Tərtər rayonu (18,3 faiz) və Ağstafa rayonu (18,1 faiz) da var. 


Bakı şəhərində qiymət artımları 13,4 faiz olub. Paytaxtda ərzaq malları 18 faizə, pullu xidmətlər 12 faizə yaxın bahalaşıb. 


Ən aşağı qiymət artımı isə Naxçıvan şəhərində qeydə alınıb. Muxtar respublikanın paytaxtında qiymətlər cəmi 7,5 faiz yüksəlib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR