Logo

Gələn il iqtisadi artım olacaq

Gələn il iqtisadi artım olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gələn il iqtisadi artım olacaq

Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 2,4% azalacaq. Sfera.az APA-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) qlobal iqtisadiyyatla bağlı açıqladığı növbəti proqnozda deyilir.

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 1,4%-lik iqtisadi artım olacaq.

Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 3%-lik iqtisadi azalma, gələn il üzrə isə 1%-lik artım proqnozlaşdırıb.

Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,2%, gələn il isə 8,5% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 12% və 9,5% olub.

2016-2017-ci illərdə işsizliyin səviyyəsinin 6% olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR