Dövlət büdcəsinin kəsirinin necə maliyyələşəcəyi məlum oldu

Dövlət büdcəsinin kəsirinin necə maliyyələşəcəyi məlum oldu

2022-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 402 milyon 800 min manat olub. 


Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, faktiki kəsirin məbləği proqnozlaşdırılan məbləğdən (3,106 milyard manat) 1,703 milyard manat  və ya 54,8 faiz azdır.


Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1 faiz (proqnoza nisbətən 1,7 faiz-bənd az) təşkil edib. 


Ötən ilin dövlət büdcəsində yaranan kəsirin hansı mənbələr hesabına maliyyələşəcəyi də bəlli olub. Maliyyə Nazirliyi bildirir ki, kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirilməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından götürülən 51,4 milyon manat vəsait hesabına həyata keçirilib.


Vasif
 


OXŞAR XƏBƏRLƏR