AMB bu qərarı qəbul edərsə, dollar... - AÇIQLAMA

AMB bu qərarı qəbul edərsə, dollar... - AÇIQLAMA

Avropa Mərkəzi Bankının (AMB) üzvü və Finlandiya Mərkəzi Bankının sədri Olli Rehn hesab edir ki, qış və yaz aylarında uçot dərəcəsi ciddi şəkildə artırılmalıdır. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Rehn AMB-nin iclaslarında faizlərin dərəcələrinin artırılması yönündə səs verəcəyini bildirib.

 

O qeyd edib ki, faizlərin artırılmasında məqsəd avrozonada vətəndaşların alıcılıq qabiliyyətini azaldaraq inflyasiyanın azalmasına kömək etməkdir. 


Onun fikrincə, inflyasiyanı normal səviyyəyə endirmək üçün AMB-nin faizi 3,25 olmalıdır. Hazırda faiz dərəcəsi 2,5-dir. 


Bildirək ki, əgər AMB Rehnin təklif etdiyi faizləri 3,25 həddinə qaldırarsa, ABŞ dolları bir qədər də ucuzlaşacaq. Çünki ABŞ dollarının məzənnəsinin formalaşmasında avronun təsiri daha güclüdür. Son aylarda məhz avronun bahalaşması dolların məzənnəsinə ciddi təsir edib və dollar 11,5 faiz ucuzlaşıb. Üç ay əvvəl 0,95 olan avro/dollar məzənnəsi hazırda 1,09 həddini ötüb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...