Bu iki ölkə vahid valyuta hazırlayır - ABŞ dollarına qarşı

Bu iki ölkə vahid valyuta hazırlayır - ABŞ dollarına qarşı

Braziliya və Argentina ortaq valyuta hazırlamaq istəyir. 


Sfera.az xəbər verir ki, bununla bağlı “Financial Times” (FT) məlumat yayıb. Məlumata görə, adıçəkilən ölkələrin liderləri vahid valyuta ilə bağlı bu həftə açıqlama verəcək. 


FT rəsmilərə istinadən xəbər verir ki, Braziliya yeni pul vahidi üçün "sur" (cənub) adını təklif edib və ümumi valyuta bu həftə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sammitdə müzakirə olunacaq. 


Birgə yeni valyutanın buraxılmasında məqsəd iki ölkə arasında ticarəti gücləndirmək və ABŞ dollarından asılılığı azaltmaqdır. Argentinanın maliyyə naziri Sergio Massa Financial Times-a deyib ki, ilkin mərhələdə ümumi valyutanın yaradılması üçün zəruri olan maliyyə məsələləri və mərkəzi bankların rolu öyrəniləcək. 


Nazir vurğulayıb ki, ikitərəfli layihə olaraq başlayan təşəbbüsə daha sonra digər Latın Amerikası ölkələrinin də qoşulması təklif ediləcək. 


Xatırladaq ki, Braziliya və Argentina ilk dəfə 2019-cu ildə ortaq valyuta yaratmaq təklifini gündəmə gətiriblər. Braziliya Mərkəzi Bankının bu təklifə etirazından sonra heç bir irəliləyiş əldə olunmayıb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR