Ötən il Azərbaycanda taxıl istehsalı AZALIB

Ötən il Azərbaycanda taxıl istehsalı AZALIB

2022-ci ildə Azərbaycanda taxıl istehsalında azalma qeydə alınıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 3,16 milyon ton taxıl istehsal edilib. 2021-ci illə müqayisədə taxıl istehsalı 6 faiz, yəni 202 min ton azalıb. 


Taxıl istehsalının azalması 2 səbəblə bağlıdır. 


Birinci səbəb yığılmış sahələrin ötən il azalmasıdır. 2021-ci ildə 998,4 min hektar sahədə yığım aparıldığı halda 2022-ci ildə yığılmış sahə 978 min hektar təşkil edib. 
Taxıl istehsalının azalmasına təsir edən digər amil məhsuldarlıq olub. 2021-ci ildə sahələrdə orta məhsuldarlıq 32,8 sentner olduğu halda, 2022-ci ildə məhsuldarlıq 31,3 sentnerə geriləyib.


İstehsalda azalma əsas taxıl məhsulu olan buğda da qeydə alınıb. Ötən il buğda istehsalı 149 min ton azalaraq 1,736 milyon tona düşüb. 


Arpa istehsalında da azalma var. İstehsal edilən arpanın miqdarı 1,147 milyon tondan 1,1 milyon tona qədər geriləyib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR