Rusiyanın ən böyük şirkətinin adı bəlli oldu

Rusiyanın ən böyük şirkətinin adı bəlli oldu

“Brand Finance” təşkilatı “Global 500” reytinqini açıqlayıb. Reytinqə görə sanksiyalardan sonra Rusiyanın ən bahalı markası yenə də “Sber” (“Sberbank”) olub. 


Sfera.az xəbər verir ki, “Sber” həm də dünyanın ən bahalı 500 markasından biridir. 


Reytinqə əsasən, Rusiya bankı dünyada marka dəyəri ən yüksək olan 163-cü şirkətdir. 2022-ci ilin əvvəlində bank 156-cı yerdə qərarlaşmışdı. Sanksiyalar bankın dəyərinə mənfi təsir edib. 


“Sberbank” dəyərinə görə Rusiyanın 1-ci, dünyanın 16-cı ən böyük şirkəti hesab olunub.    


Qeyd edək ki, 2022-ci ilin əvvəlində “Sberbank” Avropanın ən güclü brendi olmuşdu. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR