Sanksiyalara baxmayaraq Rusiyanın neft və qaz gəlirləri ARTDI – SƏBƏB

Sanksiyalara baxmayaraq Rusiyanın neft və qaz gəlirləri ARTDI – SƏBƏB

Sanksiyalara baxmayaraq 2022-ci ildə Rusiya dövlətinin neft və qaz satışından vergi gəlirləri artıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskvada hökumət rəsmiləri ilə keçirilən görüşdə bildirib. 


Novak deyib ki, Rusiya keçən il neft hasilatını və ixracını artırıb.

 

O, bu səbəbdən ölkəsinin neft və təbii qaz sektorundan əldə edilən büdcə gəlirlərinin 28 faiz artaraq 2,5 trilyon rubla (təxminən 37 milyard dollar) çatdığını deyib:

 

“Keçən il 535 milyon ton neft hasil edildi ki, bu da 2021-ci ilə nisbətən 10 milyon ton, yəni 2 faiz artım deməkdir". 


Novak Rusiyanın neft və qaz gəlirlərinin artmasında Çinin mühüm rol oynadığını bildirib:

 

“”Sibirin Gücü” qaz kəməri ilə Çinə daşımalar artıb. Bu kəmərlə daşımalar rekord qıraraq 15,5 milyard kubmetrə yüksəlib. “Şimal axını 1” və “Şimal axını 2”də isə baş verən qəzalar və sanksiyalar səbəbindən Rusiyanın boru kəmərləri ilə qaz ixracı azalıb. Mayeləşdirilmiş təbii qaz ixracatımız da 8 faiz artaraq 46 milyard kubmetrə çatıb”.


Vasif
 


OXŞAR XƏBƏRLƏR