Logo

Trilyon dollarlıq iqtisadiyyata sahib olan ölkələr - SİYAHI

Trilyon dollarlıq iqtisadiyyata sahib olan ölkələr - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumi daxili məhsul (ÜDM) istehsalının nominal dəyəri (yerli qiymətlərlə hesablanan dəyəri – red.) 1 trilyon dollardan artıq olan ölkələrin sayı 2022-ci ildə 19-a yüksəlib.

Sfera.az xəbər verir ki, həmin ölkələrin sırasına Səudiyyə Ərəbistanı da qoşulub.

2021-ci ilin nəticələrinə əsasən, 18 ölkədə ÜDM istehsalının həcmi 1 trilyon dollardan çox idi və Səudiyyə Ərəbistanında istehsal dəyəri 834 milyard dollar olmuşdu.

Ötən il neft və qaz qiymətlərinin yüksəlməsi hesabına Səudiyyə iqtisadiyyatının nominal dəyəri xeyli artaraq 1 trilyon dolları ötüb.

2022-ci ilin ilkin yekunlarına görə, dünyada ÜDM istehsalı 102 trilyon dolları keçib.

Nominal dəyəri ən böyük olan iqtisadiyyat ABŞ-nindir. Burada istehsal həcmi 25 trilyon təşkil edib. ABŞ-ni 18,3 trilyon dollarla Çin izləyib. Daha sonra Yaponiya və Almaniya gəlir.

İqtisadiyyatlarının həcmi trilyon dollardan çox olan ölkələrin 7-si Avropa, 7-si Asiya, 4-ü Amerika, 1-i Avstraliya qitəsində yerləşir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR