Dollar bir qədər də ucuzlaşdı - Son 7 ayın ən aşağı səviyyəsi

Dollar bir qədər də ucuzlaşdı - Son 7 ayın ən aşağı səviyyəsi

ABŞ dollarının məzənnəsində son aylarda müşahidə olunan enmə davam edir. 


Sfera.az xəbər verir ki, dolların ortaq dəyərini ifadə edən Dollar İndeksi bu gün bir qədər də azalaraq 101,9 səviyyəsinə çatıb. Mövcud səviyyə son 7 ayın ən aşağı səviyyəsidir. 


Ümumilikdə, dolların ötən ilin noyabrından ucuzlaşması müşahidə edilir. Həmin dövrdə 113 olan indeks bu ilin yanvarında 6-da 105,3 səviyyəsinə qədər geriləmişdi. Son günlərdə isə Dollar İndeksi bir qədər də azalaraq 102-dən də aşağı düşüb. 


Bu həftə dolların ucuzlaşmasına ABŞ-da açıqlanan inflyasiya göstəriciləri təsir edib. ABŞ-də pandemiya dövründən sonra ilk dəfə olaraq illik faizlər azalıb. İllik faizlərin azalması ABŞ mərkəzi bankının faiz dərəcələrini daha zəif templə artıracağına dair gözləntiləri gücləndirib. 


Bu səbəbdən indeksdə enmə davam edir. Proqnozlara görə, inflyasiya tempi zəifləməkdə davam edərsə, Dollar İndeksi 100-ün altına düşəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR