Logo

Çexiya şirkətləri “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə cəlb edilə bilər

Çexiya şirkətləri “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə cəlb edilə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan avtomobil sənayesi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrində Çexiya şirkətləri ilə əməkdaşlıq edə bilər.

Sfera.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir müavini, Azərbaycan və Çeziya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədovun Çexiyanın sənaye və ticarət nazirinin müavini, Komissiyanın digər həmsədri Petr Tresnak ilə keçirdiyi görüşdə müzakirə edilib.

Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran S.Məmmədov Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu qeyd edib. O, bildirib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var.

P.Tresnak ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR