Qarşıdakı iki ildə neft ucuzlaşacaq - EİA

Qarşıdakı iki ildə neft ucuzlaşacaq - EİA

ABŞ Energetika Nazirliyinə bağlı qurum olan Enerji İnformasiya Administrasiyası (EİA) qlobal neft istehlakı, istehsalı və neft qiymətləri ilə bağlı növbəti proqnozunu açıqlayıb. 


Sfera.az xəbər verir ki, EİA qlobal gündəlik neft tələbinin 2024-cü ildə 102 milyon bareli keçə biləcəyini təxmin edir. Qurum 2023-cü illə müqayisədə gündəlik istehlakın 1,72 milyon barel artaraq 102,2 milyon barelə çatacağını proqnozlaşdırır.


Xatırladaq ki, ötən il gündəlik neft istehlakı 99,43 milyon barel idi. EİA bu il istehlak həcminin 100,48 milyon barelə yüksələcəyini təxmin edib.

 
EİA neft tələbi ilə yanaşı neft istehsalının da artacağını proqnozlaşdırır. 


İstehsal həcminin 2022-ci ildə 100 milyon barel olduğu halda, 2023-cü ildə 101,1 milyon barel, 2024-cü ildə 102,83 milyon barel təşkil edəcəyi ehtimal olunur. 


İstehsalın istehlakdan çox olması neft qiymətlərinin azalmasına səbəb olacaq. EİA proqnozlaşdırır ki, bu il “Brent” markalı neftin orta qiyməti 2022-ci ilə nisbətən 18 faiz azalaraq 83,1 dollar təşkil edəcək. 2024-cü ildə orta qiymət bir qədər də azalaraq 78 dollara düşəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR