Logo

Qeyri-neft ixracı 3 milyard dollar oldu – RƏQƏMLƏR

Qeyri-neft ixracı 3 milyard dollar oldu – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“İxrac icmalı”nın yanvar sayına əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3 milyard dolları olub. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 10,3% artıb.

Sfera.az xatırladır ki, ötən il Azərbaycanın qeyri-neft ixracı təxminən 2,7 milyard dollar idi. İxracın artmasına kimya sənayesi məhsullarının ixracının 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracının 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracının 15,4% artması böyük töhfə verib.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni formalaşdırıb.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb.

Yalnız dekabrda qeyri-neft ixracı 303,5 milyon dollar olub. 2021-ci ilin dekabrı ilə müqayisədə qeyri-neft ixracında azalma baş verib. Ötən ilin dekabrında ixrac 353,5 milyon dollar təşkil edib. ƏQƏMLƏR

2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə 197,9 milyon dollar olub.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR