Lirə 2023-cü ilə ucuzlaşma ilə BAŞLADI – Məzənnədə yeni rekord
15:13 / 05.01.2023
12109
Bu gün dollar/TL kursunda yeni rekord səviyyə qeydə alınıb.
Sfera.az xəbər verir ki, günün ilk saatlarında kurs 18,78 səviyyəsini ötərək tarixin ən yüksək həddinə qalxıb.
Lirənin uzuclaşması birjalarda xarici aktivlərin satış həcminin artması ilə bağlı olub. Bu səbəbdən İstanbul birjasında 4 faizə kimi dəyər itkisi qeydə alınıb.
Lirənin ucuzlaşmasında Türkiyənin tədiyə balansında və onun cari əməliyyatlar hissəsində kəsirin olması da mühüm rol oynayır. Mövcud iqtisadi vəziyyətdə lirənin ucuzlaşması davam edəcək.
Son bir ildə dollar lirəyə nəzərən 40,6 faiz yüksəlib. Proqnozlara əsasən, yeni ildə də dolların yüksəlməsi davam edəcək və ilin birinci yarısında 20 TL həddini ötəcək.
Vasif