Qızılın qiyməti ARTDI “Nəcib metal”ı bahalaşdıran SƏBƏBLƏR

Qızılın qiyməti ARTDI – “Nəcib metal”ı bahalaşdıran SƏBƏBLƏR

2023-cü ilin ilk günlərində qızılın qiymətində son 6 ayın ən yüksək səviyyəsi qeydə alınıb. 


Sfera.az xəbər verir ki, ilk günlərdə qızılın bir troya unsiyasının (31,1 qram-red.) qiyməti 1 870 dollara və ya bir qramının dəyəri 60,12 dollara yüksəlib. 


Bu, son 6 ayın ən yüksək qiymətidir. Qızılın dəyərində müşahidə edilən son artım 2022-ci ilin noyabrın 3-dən baş verir. Həmin tarixdə qızılın qiyməti 1 632 dollar (qramı 52,5 dollar) idi. 


Qızılın dəyərinin yüksəlməsini dolların ucuzlaşması və qlobal iqtisadi böhran ehtimalı ilə izah etmək olar. 


ABŞ dolları son 2 ayda 8 faizdən çox ucuzlaşıb. Qızılın dəyəri dollarla müəyyənləşdiyindən onun ucuzlaşması “nəcib metal”ı bahalaşdırıb. 


İqtisadi böhran amili də hər zaman olduğu kimi son aylarda da qızılı bahalaşdırır. Böhran dövründə investorlar sərmayə qoyulması üçün ən etibarlı vasitə kimi qızılı görürlər. Bu səbəbdən iqtisadiyyatlarda böyümə zəiflədikdə və ya iqtisadiyyatlar tənəzzüllə üzləşdikdə qızıl bahalaşır. Sonuncu dəfə qızılın qiymətində ən yüksək səviyyə məhz COVID-19 virusunun yaratdığı pandemiya dövründə qeydə alınıb. 2020-ci ilin avqustunda qızılın qiyməti 1 974 dollara (qramı 63,5 dollar) yüksəlmişdi. Bu qiymət səviyyəsi 2022-ci ilin fevralında, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra da müşahidə edildi. 


Qızılın qiymətində baş verən artımları birja analitikləri qızıla marağın geri qayıtması kimi dəyərləndirirlər. Onların fikrincə, 2023-cü il iqtisadiyyatlar üçün pis olarsa, tənəzzül baş verərsə, qızıl bir qədər yüksələcək. 


İqtisadiyyatlarda baş verən dəyişiklik mərkəzi bankların davranışlarından da asılı olacaq. Əgər mərkəzi banklar faizləri artırmaqda davam edərsə, səhm və istiqrazlarda ucuzlaşma olarsa, qızıl hökmən bahalaşacaq. 


Bu şərtlər daxilində qızılın qiymətinin 2 min dolları ötməsi real görünür. İstənilən halda, bir şeyi dəqiq demək olar ki, yaxın gələcəkdə qızıl dollardan daha etibarlı yığım vasitəsi olacaq.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...