Əhaliyə ŞAD XƏBƏR: Bu şəxslərin müavinəti artırılacaq

Əhaliyə ŞAD XƏBƏR: Bu şəxslərin müavinəti artırılacaq

2023-cü ildən pensiyaçılar üçün yaşayış minimunun məbləğinin 176 manatdan 199 manata qaldırılması yaşa görə müavinətlərin də artırılmasını tələb edir. 

 

Sfera.az xatırladır ki, hazırda yaşa görə verilən müavinətin məbləği 180 manatdır. Ötən il bu məbləğ yaşayış minimumundan 4 manat artıq idi, bu il isə 19 manat azdır. 

 

Qeyd edək ki, yaşa görə müavinət pensiya yaşına çatıb pensiya hüququnu əldə edə bilməyən şəxslərə verilir. Hazırda 132 mindən çox insan yaşa görə müavinət alır. 

 

“Yaşayış minimumu haqqında” qanuna görə əməkhaqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin müəyyənləşdirilməsi zamanı yaşayış minimumu nəzərə alınır. Bu məntiqlə yaşa görə müavinətlərin aylıq məbləğinin yaşayış minimumunun həddinə uyğunlaşdırılması vacibdir. Buna görə də 2023-cü ildə yaşa görə müavinətlərin məbləğinin ən azı 200 manata çatdırılması gözlənilir. 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...