Logo

2023-cü ildə Azərbaycanda inflyasiyanı proqnozlaşdırmaq çətin olacaq – Mərkəzi Bank

2023-cü ildə Azərbaycanda inflyasiyanı proqnozlaşdırmaq çətin olacaq – Mərkəzi Bank
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir.

Sfera.az xəbər verir ki, bu fikirlər Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Mərkəzi Bank bildirir ki, 2023-cü ildə dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək:

“Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcək və bu proses gözlənildiyindən daha uzun çəkə bilər”.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR