Rusiya-Ukrayna müharibəsi neft qiymətlərinə necə təsir edib? - Açıqlama

Rusiya-Ukrayna müharibəsi neft qiymətlərinə necə təsir edib? - Açıqlama

Dünya bazarında neftin qiyməti bir qədər bahalaşıb. Treyderlər Çində koronavirus məhdudiyyətləri yumşaldıqdan sonra tələb artımı perspektivini də qiymətləndirirlər.

Belə ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,24% artaraq 84,88 dollar/barelə, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,14% artaraq 79,64 dollar təşkil edib.

 

Maraqldır, qiymətlərin artması Azərbaycan neftinə də təsir göstərəcəkmi?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Samir Cəlilov neftin qiymətinin ciddi şəkildə artmadığını deyib:

 

"Rusiya-Ukrayna konflikti hərbi fazaya keçdikdən sonra belə neftin qiymətində hansısa böyük artımın olduğunu hiss etməmişik. Bu özlüyündə onu göstərdi ki, istehsal bazarlarında təminat məsələsi yetərincədir, bazarlarda hansısa təlatüm yoxdur. Ona görə də neftin qiyməti demək olar ki, müharibədən əvvəlki rəqəmlərin ətrafında dəyişir. Artıq qış fəsli olduğu üçün mövsümlə əlaqədar bazarlara enerji ilə bağlı müəyyən təsirlər var, lakin ciddi qiymət dəyişikliyi olmayacaq".

 

Ekspert yaz aylarına doğru Rusiya-Ukrayna müharibəsinin aktiv fazası dayanarsa, qiymətlərin aşağı düşə biləcəyini də qeyd edib:

 

"Hələlik neftin qiymətində ciddi artımlar olmayacaq. Hərbi qarşıdurmanın aktiv fazası başa çatdıqdan sonra, yəni üzü yaz aylarına doğru neftin qiyməti aşağı düşəcək. Neftin qiymətinin aşağı düşməsinin isə Azərbaycana ciddi təsiri olmayacaq. Çünki nefti hansı qiymətə satmağımızdan asılı olmayaraq qazanırıq. Bizim dünya bazarına təsirimiz yoxdur".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...