2022-ci ildə bu məhsullar ucuzlaşıb, Azərbaycanın gəliri azalıb

2022-ci ildə bu məhsullar ucuzlaşıb, Azərbaycanın gəliri azalıb

2022-ci il dünyada güclü bahalaşmanın olduğu illərdən biri kimi yadda qalacaq. Bu il əmtəələrin əksəriyyətinin qiymətində nəzərəçarpacaq artım baş verdi. Lakin elə məhsullar oldu ki, onların qiyməti 2021-ci illə müqayisədə endi.

 

Sfera.az xəbər verir ki, bu il ucuzlaşan məhsulların siyahısı geniş olmasa da onların arasında sənaye və ev təsərrüfatları üçün əhəmiyyət kəsb edən məhsullar var. Dəyəri ən çox enən məhsullar arasında ilk sırada ağac məmulatları dayanır. Bu il taxtanın qiyməti əvvəlki ilə nisbətən 66 faizdən çox enib. Taxtanın qiyməti hətta son 3 il ərzində də dəyər itirib. Taxtanın ucuzlaşması Azərbaycan üçün önəmli oldu. Çünki ölkəmiz bu məhsulun demək olar ki, hamısını idxal hesabına ödəyir. Buna görə də taxtanın ucuzlaşması Azərbaycanda tikinti müəssisələrinin, həmçinin ev təsərrüfatlarının tikinti və təmir xərclərini azaldıb.

 

2022-ci ilin may-iyun aylarında ölkəmizdə kəsilmiş taxtanın bir kub metrinin qiyməti 500 manat olduğu halda hazırda 350 manata qədər düşüb. Dəyəri kəskin şəkildə azalan mallar arasında ikinci sırada yulaf dayanır. Bu məhsulun qiyməti il ərzində 47 faiziə yaxın enib.

 

Qəhvənin dəyərində də ciddi azalma müşahidə olunub. Qəhvədə ucuzlaşma 27 faizi ötüb. Amma təəssüflər olsun ki, dünyada qəhvə ucuzlaşsa da Azərbaycanda bahalaşıb. Tez həll olunan qəhvənin 100 qramlığının orta dəyəri 6 manatdan 7 manata qədər artıb.

 

Bu il pambığın dəyərində enmə nəzərəçarpacaq olub. “Ağ qızıl”ın qiyməti 25 faizdən çox enib. Pambığın ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinə mənfi təsir edib. Ötən il pambığın bir tonunu 2355 dollardan satdığımız halda bu il qiymət 1650 dollara qədər geriləyib.

 

2022-ci ildə əlvan metalların qiymətində də ciddi enmə baş verib. Əksər əlvan metalların qiyməti enib. Əlvan metallardan sink 15 faiz, alüminium 14 faiz, mis və qurğuşun 12-13 faiz ucuzlaşıb. Əlvan metallardan mis və alüminiumun ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinə azaldıcı təsir göstərib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ oldu

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdindəki Respublika Seysmoloj...

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...