Əhalinin banklara borcu ARTDI - REKORD

Əhalinin banklara borcu ARTDI - REKORD

Azərbaycanda fəaliyyət göstərən banklara əhalinin kredit borcu bu il rekord həcmdə artıb. 


Sfera.az xəbər verir ki, əvvəlki illərdə bu qədər artım qeydə alınmamışdı.


2022-ci ilin əvvəlində əhalinin banklara borcu 8,32 milyard manat idi. Bu ilin 11 ayında borcun məbləği 29,43 faiz, yəni 2,449 milyard manat artaraq 10,769 milyard manatı ötüb. 


Əhalinin borclarındakı artım daha çox istehlak kreditlərinə görə yaranıb. Əhali 11 ayda istehlak kreditlərinə görə olan borcunu 6,838 milyard manatdan 8,694 milyard manata qədər artırıb. Artımın məbləği 1,856 milyard manat, yəni 27,14 faiz olub. 


Əhalinin biznes kreditlərinə görə yaranan borcu da artıb. Sahibkarlıq fəaliyyəti üçün alınan borclar 593 milyon manat və ya 40 faiz artaraq 2,076 milyard manata çatıb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...