Logo

Rusiyaya qarşı sanksiyalar fayda verir: Avropada qaz bir qədər də ucuzlaşdı

Rusiyaya qarşı sanksiyalar fayda verir: Avropada qaz bir qədər də ucuzlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün London birjasında Avropada gündəlik satılan qazın qiyməti 1000 kubmetr üçün 935 dollardan aşağı düşüb.

Sfera.az xəbər verir ki, bu, günlük 7 faizdən çox azalma deməkdir. Dünən qazın qiyməti 1007 dollardan yüksək idi.

London birjasında müəyyənləşən qiymət gələn ilin yanvarında satılacaq qazın qiymətidir.

Qeyd edək ki, qazın ucuzlaşması Avropa İttifaqının Rusiya qazına tavan qiymət tətbiq etməsindən sonra baş verib. Avropa İttifaqının dünən qəbul etdiyi qərara əsasən, min kubmetr üçün 1850 avro tavan qiymət müəyyənləşdirilib. Bu yenilik 15 fevral 2023-cü ildə qüvvəyə minəcək.

Xatırladaq ki, Avropa ölkələri bundan öncə Rusiyanın ixrac etdiyi neftə tavan qiymət tətbiq etmişdi. Həmin qərardan sonra da neft ucuzlaşmışdı.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR