İşçilərin 77 faizi bu səbəbdən iş yerini itirir  - STATİSTİKA

İşçilərin 77 faizi bu səbəbdən iş yerini itirir  - STATİSTİKA

Azərbaycanda işçi qüvvəsinin hərəkətinə təsir edən səbəblər açıqlanıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ildə 415 511 nəfər işə qəbul edilib, 397 509 nəfər işdən azad olunub. 


İşdən azad edilənlərin 308 450 nəfəri, yəni 77,6 faizi öz xahişi ilə işdən xaric olunub.


İşçilәrin sayı vә ya ştatların ixtisar edilmәsi ilә әlaqәdar işdәn çıxanların sayı 6 383 nəfər, digər səbəblərə görə işdən ayrılanlar 82 676 nəfər olub. 


Məlumata əsasən, sahələr üzrə daha çox ixtisarlar istirahət, əyləncə və incəsənət sahəsində qeydə alınıb. Burada işdən ayrılan hər 1000 nəfərdən 64-ü ixtisara düşüb. Bu göstərici maliyyə və sığorta sahəsində 58 nəfər, mədənçıxarma sənayesində 55 nəfər olub. 


Ən az ixtisar inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsindədir. Burada işdən ayrılan hər 1000 nəfərdən cəmi 3 işçi ixtisara salınıb. 


Öz xahişi ilə işdən çıxanlar ticarət sektorundadır. Burada hər 1000 nəfərin 910 nəfəri öz xahişi ilə işdən ayrılıb. 


Elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı sahələrində isə işdən ayrılanların 50 faizdən çoxu digər səbəblərdən işdən ayrılırlar. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...