İlin son ayında dollara tələb artıb, amma…
İqtisadiyyat
14:05 / 20.12.2022
8652
Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
Sfera.az xəbər verir ki, hərracda tələb artaraq 93,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Bu gün keçirilən hərracın da nəticəsi qeydə alınmaqla dekabrda satılan valyutanın həcmi 401,7 milyon dollara yüksəlib.
Qeyd edək ki, adətən ilin son ayında xarici valyutaya tələb artır. Buna görə də dekabr ayındakı hərraclarda valyuta satışının artması başadüşüləndir.
Bununla belə cari ildə tələb çox yüksək deyil. Ötən ilin sonuncu ayında tələb 989 milyon dolları keçdi ötmüşdü. Bu il isə tələbin 600 milyon dolları ötməyəcəyini təxmin edə bilərik.
Vasif
Sfera.az