Azərbaycanlılar Rusiyadan pulunu qaçırır – Son 3 ayda 1 milyard dollar KÖÇÜRÜLDÜ

Azərbaycanlılar Rusiyadan pulunu qaçırır – Son 3 ayda 1 milyard dollar KÖÇÜRÜLDÜ

Rusiyadan Azərbaycana banklar və poçt vasitəsilə göndərilən pul baratlarının ümumi məbləği 2,2 milyard dolları ötüb.

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ötən ilin ilk 9 ayında 409,35 milyon dollar vəsait Rusiyadan köçürüldüyü halda bu ilin eyni dövründə 2,28 milard dollara yaxın vəsait köçürülüb.

 

Müqayisə göstərir ki, bu il köçürülən pulun məbləği 1,87 milyard dollar, yəni 4,57 dəfə artıb. Rusiyadan pul köçürmələrinin bu qədər artması Ukrayna ilə aparılan müharibə ilə bağlıdır. Müharibədən sonra ağır sanksiyaların tətbiq edilməsi, həmçinin ölkədə qismən səfərbərliyin elan olunması ilə əlaqədar Rusiyadan xaricə pul və digər kapitalın qaçışı başlayıb. Ümumi prosesə uyğun olaraq Azərbaycan və Rusiya vətəndaşı olan soydaşlarımız vəsaitlərini ölkəmizə köçürür.

 

Rusiyadan Azərbaycana pul köçürülməsində kəskin artım birinci rübdən sonra baş verib. AMB bildirir ki, ilk rübdə 100 milyon dollar köçürülüb ki, bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 20 milyon dollar azdır. Amma ikinci rübdə köçürülən pulun məbləği 1,18 milyard dollardan çox artaraq 1,283 milyard dolları ötüb.

 

Üçüncü rübdə isə köçürmələr daha 1 milyard dollar artıb. 2022-ci ilin 9 ayında Azərbaycandan Rusiyaya köçürülən pulun məbləği isə azalıb.

 

Ötən ilin eyni dövründə 85,5 milyon dollar köçürüldüyü halda bu il köçürülən məbləğ 68,16 milyon dollara enib. Nəticədə Rusiya ilə Azərbaycan arasında pul köçürmələrində fərq müsbət 2,17 milyard dollar təşkil edib.

 

Ümumilikdə, bu il Azərbaycana köçürülən vəsait xeyli artaraq 2,78 milyard dollara çatıb və pul köçürmələrdə müsbət fərq 2,257 milyard dolları ötüb. Ötən il müsbət fərq cəmi 370 milyon dollar idi. Bu ilin ilk 9 ayında müsbət fərqin 1,89 milyard dollar artması məhz Rusiyanın hesabına mümkün olub. Rusiyadan Azərbaycana pul köçürülməsinin bu qədər böyük olması əlbəttə ki, yaxşı əlamətdir. Daha çox xarici valyutanın Azərbayacana köçürülməsi manatı kücləndirir və bu, AMB-nın valyuta ehtiyatlarının artmasına şərait yaradır.

 

Cari ildə AMB-nin valyuta ehtiyatları 900 milyon dollara yaxın artıb ki, burada da məhz Rusiyadan pul köçürmələrinin payının kəskin artması böyük rol oynayıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...