Azərbaycanda adambaşına istehsal 7 min dolları ötdü
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 121,4 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Ötən illə müqayisədə ÜDM istehsalında 4,8 faiz çox artım əldə edilib.
Sfera.az xəbər verir ki, neft-qaz sektorunda əlavə dəyər istehsalı 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,2 faiz artıb.
ÜDM istehsalının 52,7 faizi sənaye, 8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 12064,2 manata bərabər olub. ABŞ valyutası ilə ifadədə 7096 dollardır.
Vasif
Sfera.az