Xərclərimiz 6,8 milyard manat artıb - Əhali ən çox hansı məhsullara pul xərcləyir?

Xərclərimiz 6,8 milyard manat artıb - Əhali ən çox hansı məhsullara pul xərcləyir?

2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 45,111 milyard manat dəyərində ərzaq və qeyri-ərzaq malları satılıb.

 

Sfera.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin ticarət xərcləri 6,8 milyard manat və ya 17,5 faiz artıb. Əhali daha çox vəsaiti ərzaq məhsullarına xərcləyib.

 

Ümumi xərclərin 25,354 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,757 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb.

 

Əhali ərzaq məhsullarından sonra ən çox pul toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənib. Bu mal qrupu üzrə xərclər 1,1 faiz artaraq 6,654 milyard manat olub. Digər məhsullardan avtomobil yanacağına 2,53 milyard manat (8,4 faiz artım), elektrik malları və mebellərə 2,245 milyard manat (1,3 faiz artım), əczaçılıq məhsulları və tibbi ləvazimatlara 970 milyon manat (11,1 faiz artım), kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 441,5 milyon manat (14 faiz artım) vəsait xərclənib.

 

Ümumilikdə, pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 407,4 manatlıq, o cümlədən 229,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 178,4 manatlıq qeyri-ərzaq malları alıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR