Azərbaycanda inflyasiya 13,8 faizə yüksəlib - RƏSMİ
Azərbaycanda bahalaşma sürəti bir qədər də güclənib. 2022-ci ilin yanvar-noyabr aylarını əhatə edən dövrdə qiymətlər 13,8 faiz artıb. Bu dövrdə qida malları 20,2 faiz, qeyri-ərzaq malları 8,3 faiz, pullu xidmətlər 10,4 faiz bahalaşıb.
Xatırladaq ki, yanvar-oktyabrda inflyasiya 13,7 faiz idi.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövrü inflyasiya güclənsə də illik qiymət artımında bir qədər zəifləmə var. Bu ilin noyabrında qiymətlər ötən ilin noyabrına nisbətən 15,1 faiz artıb ki, bu da oktyabdakı illik qiymət artımından (15,6 faiz) bir qədər azdır. İllik inflyasiyanın zəifləməsi ərzaq mallarında bahalaşmanın bir qədər zəifləməsi ilə bağlıdır.
Oktyabrda ərzaq mallarında qiymət artımı 21,7 faiz olsa də, noyabrda 20,8 faizə enib. İllik müqayisədə noyabrda qeyri-ərzaq malları 12,1 faiz, ödənişli xidmətlər 10,7 faiz bahalaşıb.
Vasif
Sfera.az