Azərbaycandan Gürcüstana 1 milyard

Azərbaycandan Gürcüstana 1 milyard

"Azərbaycan Gürcüstan iqtisadiyyatına bir milyard dollaradək investisiya yatırıb. Bu investisiyalar iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək”.
Sfera.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayevdeyib. "Bu investisiyalar hesabına biz Kulevi terminalında yeni 5-ci və 6-cı anbarları istifadəyə verdik. Bu anbarlar terminal vasitəsilə neft və qaz məhsullarımızın satışı və tədarükü üçün geniş imkanlar yaradacaq. Artıq burada 400 min ton məhsul tədarük olunub və bu rəqəm gələcəkdə xeyli artacaq.
Terminalda bir neçə xırda çənlər də tikilib. Bu da iri və kiçik həcmli məhsullarını saxlanmasına və ixracına geniş imkanlar yaradacaq”.
SOCAR prezidentinin sözlərinə görə, Kulevi terminalından artıq 25 milyon ton yük yola salınıb: "Düşünürük ki, bu azdır və biz terminalın imkanlarını daha da genişləndirəcəyik. Bunun üçün də potensial var”.
R.Abdullayev deyib ki, SOCAR Gürcüstanda qazlaşdırma işlərini də genişləndirib: "Biz Gürcüstan hökuməti qarşısında 250 min abonentin təbii qazla təminatı barədə öhdəçilik götürmüşdük. Artıq deyə bilərik ki, bu ilin sonunadək biz bu öhdəliyi tam yerinə yetirəcəyik”.
SOCAR, bundan sonra Gürcüstanın qazlaşdırma layihələrində iştirak etmək niyyətindədir. Bununla bağlı hökumətlə danışıqlar aparılır. "SOCAR təkcə Tbilisidə deyil, Gürcüstanın digər bölgələrində də qazlaşmaya nəzarət edəcək”, – deyə R.Abdullayev vurğulayıb.


OXŞAR XƏBƏRLƏR