Azərbaycanda bu kartlardan daha çox istifadə edilir - ADLAR

Azərbaycanda bu kartlardan daha çox istifadə edilir - ADLAR

Azərbaycanda aparılan ödənişlərin daha çox hissəsi “Visa” kartları vasitəsilə həyata keçirilir.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində bütün kartlar vasitəsilə 61,7 milyona yaxın əməliyyat həyata keçirilib.

 

Əməliyyatların həcmi isə 5,55 milyard manat olub. Aparılan əməliyyatların 41 milyonu “Visa” kartları vasitəsilə icra edilib. “Visa” kartları ilə icra olunan əməliyyatların həcmi 3,15 milyard manatı keçib.

 

Ölkəmizdə ikinci ən çox istifadə olunan kart “MasterCard” olub. “MasterCard”la 20,4 milyon dəfə əməliyyat aparılıb. Aparılan ümumi əməliyyatların həcmi 2,284 milyard manatdan çox olub.

 

Azərbaycanda adıçəkilən kartlardan başqa “American Express”, “UnionPay”, “Diners Club” və lokal kartlardan istinadə edilib ki, onların da payı çox azdır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR