“Ukraynada yoxsulların sayı 8 milyona çatacaq” – Dünya Bankı 

“Ukraynada yoxsulların sayı 8 milyona çatacaq” – Dünya Bankı 

Dünya Bankı 2022-ci ilin sonuna qədər Ukraynada yoxsulluq içində yaşayan insanların sayının 8 milyona çatacağını proqnozlaşdırır.

 

Sfera.az xəbər verir ki, bunu bankın vitse-prezidenti Anna Bjerde Avstriyanın “Presse” qəzetinə müsahibəsində deyib.

 

O, Ukraynanın bərpası üçün ən azı 500 milyard avro lazım olduğunu söyləyib. Xanım Brejde vurğulayıb ki, mövcud müharibənin Ukrayna üçün humanitar nəticələri fəlakətli olacaq: “2022-ci ilin sonuna qədər Ukraynada yoxsulların sayı 8 milyon nəfərə çatacaq. Bununla da ölkədə yoxsulluq səviyyəsi əhalinin 2 faizindən 25 faizinə yüksələcək”.

 

Xatırladaq ki, Dünya Bankının bu ilin oktyabr ayında açıqladığı hesablamalara görə, 2022-ci ildə Ukrayna iqtisadiyyatı 35% kiçiləcək. Həmin hesablamalarda Ukraynanın bərpasına 350 milyard dolların lazım olduğu da qeyd edilmişdi.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR