Banklar bir gündə 83 milyon dollar alıb – Tələb yenidən artır
İqtisadiyyat
15:25 / 01.12.2022
8658
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Sfera.az xəbər verir ki, hərracda bu ilun yanvarından sonrakı ən çox valyuta alışı həyata keçirilib. Yanvarın 27-də banklar 84,5 milyon dollar dəyərində valyuta almışdı və sonrakı hərraclarda tələb bir daha 80 milyon dollar həddini keçməmişdi.
Bu gün baş tutan hərracda isə günlük tələb yenidən maksimum səviyyəyə çatıb və 82,9 milyon dollar olub.
İlin sonunda valyutaya tələbin artmasını idxalın həcminin artması və şirkətlərin, bankların xarici borclarını ödəməsi ilə əlaqələndirmək olar.
Vasif,
Sfera.az