Büdcənin xərcləri minimum həddə düşüb - SƏBƏB

Büdcənin xərcləri minimum həddə düşüb - SƏBƏB

Bu il dövlət büdcəsinin gəlir və xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbəti son illərin ən aşağı həddinə düşüb.


Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində büdcənin gəlirləri 27,029 milyard manat olmaqla ÜDM-in 24,3 faizinə bərabər olub. Bu, 2017-ci ildən sonrakı ən aşağı həddir. 


Büdcə xərclərinin ÜDM-ə nisbəti isə bir qədər də aşağı düşüb. Belə ki, büdcənin xərcləri 23,2 milyard manat olmaqla ÜDM-in 20,9 faizinə bərabər olub. Bu cür aşağı göstəriciyə 2012-ci ildən sonra təsadüf olunmayıb. 


Büdcənin gəlir və xərclərinin ÜDM-ə nisbətinin aşağı düşməsi iqtisadiyyatda yaradılan nominal dəyərin kəskin artması ilə bağlıdır. 2021-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə bu ilin eyni dövründə ÜDM-in nominal dəyəri 38,62 milyard manat, yəni 53,3 faiz artıb. 


ÜDM-in nominal dəyərinin bu qədər artması qiymətlərdəki dəyişikliklə bağlıdır. Bunu ÜDM-in defilyatorundan da görmək olar. ÜDM-in defilyatoru (ölkə istehsal olunan məhsullarının qiymətindəki dəyişikliyi əks etdirən göstərici) 45,7 faizə yüksəlib. Bu göstərici 2021-ci ildə 21,3 faiz, 2020-ci ildə isə mənfi 7,6 faiz idi.


ÜDM-in defilyatorunun bu dərəcədə yüksəlməsi istehsalın nominal dəyərini kəskin artırıb və nəticədə büdcənin ÜDM-ə nisbəti minimum həddə düşüb. 


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...