Bu, Neft Fondunun üzünü güldürəcək - Pozitiv PROQNOZ

Bu, Neft Fondunun üzünü güldürəcək - Pozitiv PROQNOZ

Qlobal istiqraz bazarında ən pis vəziyyət geridə qalıb və gələn ildən bazardakı böhran aradan qalxacaq.


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı proqnozu ABŞ-ın nəhəng investisiya bankı olan  “JPMorgan” açıqlayıb. 


Bankın analitikləri bildirir ki, hazırda istiqraz bazarında təklifin həcmi tələbdən 1 trilyon dollar çoxdur. Buna görə də, 2022-ci ildə istiqraz qiymətlərində ciddi azalma müşahidə edilib. 


“JPMorgan” proqnozlaşdırır ki, 2023-cü ildə istiqraz təklifində azalma tələbdəki azalmadan daha böyük sürətlə baş verəcək. Gözləntilərə görə, gələn il qlobal istiqraz təklifi 1,6 trilyon dollar, tələb 700 milyard dollar azalacaq. 


Xatırladaq ki, qlobal istiqraz bazarında qiymətlər 1990-cı ildən bəri ilk dəfə olaraq 16 faiz düşüb. Uzun fasilədən sonra ilk dəfə olaraq noyabrda istiqrazlar üzrə gəlirlilik 5 faiz yüksəlib.


Qlobal iqtiqraz bazarında gəlirliliyin düşməsi Azərbaycan Neft Fondunun aktivlərinə mənfi təsir edib. Son məlumata əsasən, Fondun aktivlərinin 63 faizi, yəni 28,5 milyard dolları istiqraz və pul bazarı alətlərində olub. 


İstiqrazlarla yanaşı səhm bazarında da böhran var. Neft Fondunun aktivlərinin 18,7 faizi (8,44 milyard dollar) səhm bazarındadır. Bu ilin 9 ayında istiqraz və səhm bazarında baş verən qiymət dəyişikliyinə görə Fondun aktivləri 4,521 milyard manat (2,66 milyard dollar) azalıb.


Bu il Azərbaycan neft və qaz satışından böyük məbləğdə gəlir əldə etməsinə və Fonddan dövlət büdcəsinə transfertlərin azaldılmasına baxmayaraq,  məhz istiqraz və səhm bazarında ucuzlaşma ilə əlaqədar aktivlərdə artım cüzi (361 milyon dollar) olub. 


Əgər “JPMorgan”ın proqnozu özünü doğruldarsa və 2023-cü ildə neft-qaz qiymətləri mövcud səviyyədə qalarsa, Neft Fondunun aktivlərinin həcmində ciddi artım müşahidə edəcəyik. Başqa sözlə, istiqraz və səhm bazarında canlanma Neft Fondunun üzünü güldürəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Fransada hökumətə qarşı etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib

Fransada Bayrou hökumətinə ilk etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib - Maksim Qabrielyan   Fransanın Baş naziri Fransua Bayru hökumətinə sol...

Halitin serial üçün dəyişimi bəyənilmədi -VİDEO

Baş rollarını Halit Ergençlə Mərve Dizdarın paylaşdığı "Kral kaybederse" serialının ilk tanıtım çarxı yayımlanıb.   Sfera.az xəbər ver...

Saxta araq onlarla insanın ölümünə səbəb olub

Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında saxta araq içilməsi nəticəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Sfera.az bildirir ki, zəhərlənən...

Bakıda plastik cərrah əməliyyatda canlı yayım açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.   Sfera.az lent.az-a istinadən bildirir ki, son zamanlard...

Sumqayıtda ağır qəza- 2 ölü, 3 yaralı

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadi...

Hindistanda hərbi paradda robot itlər yürüşü ilə tamaşaçıları təəccübləndiriblər - VİDEO

Yanvarın 15-də keçirilən paradda Hindistan ordusu texniki nailiyyətlərini nümayiş etdirib. Parad zamanı Cənub dairəsinin yeni komandiri yeni təyinatı münasibəti...