“Taxıl saziş”i daha 4 ay uzadıldı

“Taxıl saziş”i daha 4 ay uzadıldı

BMT, Türkiyə, Rusiya və Ukrayna İstanbulda Ukraynanın üç dəniz limanından ərzaq ixracına dair “Taxıl sazişi”nin işini daha 120 gün davam etdirmək haqqında razılıq əldə edib.


Sfera.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu haqda məlumatı Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov açıqlayıb. Onun sözlərinə görə, BMT və Türkiyə “Taxıl təşəbbüsü”nün həyata keçirilməsinin qarantı olaraq qalıb.


Yeni razılaşma noyabrın 19-dan qüvvəyə minir və 500 gəminin keçidinə razılıq verir. Bu gəmilərlə 11 milyon tondan artıq taxıl və qida məhsulları daşınacaq. 


Xatırladaq ki, bu ilin iyulun 22-də Ukrayna və Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının bərpasına dair BMT ilə ayrı-ayrılıqda saziş imzalayıb. Sənədlər Çernomorsk, Odessa və Yujnı limanlarından məhsulların ixracını və təhlükəsiz marşrutların yaradılmasını nəzərdə tutur.


“Taxıl sazişi”nin imzalanmasından sonra dünyada buğda və digər əsas taxıl məhsullarında ucuzlaşma qeydə alınıb.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...