İngiltərədə inflyasiya durmadan ARTIR

İngiltərədə inflyasiya durmadan ARTIR

Oktyabrda Böyük Britaniyada illik inflyasiya son 40 ildə ən rekord həddə çatıb.

 

Sfera.az Britaniya mətbuatına istinadən bildirir ki, inflyasiyanın əsas səbəbi kimi enerji qiymətlərinin artması göstərilir.

 

Mənbələrin məlumatlarına görə, keçən ay kommunal xərclər istisna olmaqla qiymətlər indeksi keçən illə müqayisədə əvvəlkindən 11,1% yüksək olub. Böyük Britaniyada illik inflyasiya sentyabrda 10,1%, avqustda isə 9,9% təşkil edib. Oktyabrda qeydə alınan rəqəm isə 1997-ci ilin yanvarından bəri ən yüksək göstəricidir.

 

Daha əvvəlki statistikalara əsasən isə sonuncu dəfə 41 il əvvəl 1981-ci ilin oktyabrında Böyük Britaniyada illik inflyasiya 11,2%-dən yuxarı olub. Britaniya Statistika İdarəsinin məlumatına görə, infilyasiya əsasən mənzil kommunal xərclərində özünü kəskin şəkildə biruzə verir. Britaniya hökuməti sentyabr ayında yaşayış minimumu ilə bağlı hesabata əsasən orta enerji sərfiyyatının illik £2,500 təşkil edəcəyini bildirmişdi.

 

Böyük Britaniyanın Statistika İdarəsinin yaydığı hesabata görə isə oktyabrda yerli qazın qiyməti 7,8-dən 10,3 pens/kVt-a, elektrik enerjisinin qiyməti isə 27,2-dən 34 pensə yüksəlib. Sentyabr və oktyabr ayları arasında elektrik enerjisinin ümumi xərcləri 24,3% artıb. Əhali Böyük Britaniyada keçən ay elektrik enerjisi, qaz və digər yanacaqlar üçün əvvəlki illə müqayisədə orta hesabla 88,9% çox pul ödəyiblər. Böyük Britaniyada inflyasiya iqtisadiyyatdakı tənəzzüllə paralel olaraq son 40 ildən də artıq müddətdə ən yüksək səviyyəyə çatıb.

 

Hesablamalara görə, Böyük Britaniyanın ümumi daxili məhsulu (ÜDM) bu ilin üçüncü rübündə ikinci rüblə müqayisədə 0,2% azalıb. İngiltərə Bankının son maliyyə siyasəti nəticəsində Avropada ən güclü iqtisadiyyata malik olan Böyük Britaniya qarşıdakı iki ili tənəzzüldə keçirəcək. Bu, Britaniya iqtisadiyyatının 1920-ci illə müqayisədə ən uzun müddətli infilyasiyası hesab edilir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR