Azərbaycanda 6,8 min iş yeri bağlandı - SƏBƏB
İqtisadiyyat
15:04 / 16.11.2022
11262
Bu il Azərbaycanda 6,8 min iş yeri bağlanıb.
Sfera.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bağlanmış iş yerlərinin 51,3 faizi dövlət, 48,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bağlanan iş yerlərinin 53 faizi ixtisarlarla bağlı olub. Müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması ilə əlaqədar 3,05 min iş yeri bağlanıb ki, bu da ümumi göstəricinin 47 faizidir.
Qeyd edək ki, 6,8 min iş yeri bağlandığı halda 52 min yeni iş yeri açılıb.
Vasif